Xəbərlər
İki qadın Amerika boyunca velosəyahətə başlayıb
Antonia Staake (25 yaş) və Laura Meller (26 yaş) Argentinadan Alyaskaya qədər 30.000 km məsafəni velosipedlə qət etmək üçün yola çıxıblar.
Antonia Staake (25 yaş) və Laura Meller (26 yaş) Argentinadan Alyaskaya qədər 30.000 km məsafəni velosipedlə qət etmək üçün yola çıxıblar. Alman qadınlar səyahətlərinə oktyabrın 19-da Argentinanın ən cənub şəhəri Uşuayyadan başlayıblar. Onlar Amerikanın qərb sahili ilə Alyaskaya qədər pedal çevirəcəklər. Bu səyahətin təxminən bir il çəkəcəyini təxmin edirlər.
Staacke və Meller həvəskar velosipedçi və dözümlülük idmançılarıdır, lakin öz veb-saytlarında “biz əvvəllər heç vaxt bu qədər ekstremal bir şey etməmişdik. Planlarımızın 100% baş tutacağına əmin deyilik. Velosiped təmirində biliklərimiz yaxşı deyil və çox kiçik büdcəmiz var” deyə qeyd ediblər.
Onlar indiyədək Çili sərhədini keçiblər. Təhlükəsizlik səbəbi ilə onlayn izlənməni qoşmayıblar.
Səfərin ilk həftələri asan olmadı. Uşuayya hava limanında onlar velosipedlərini yığıb sürməyə başlayıblar. İlk dayanacaqları mənzərədən həzz almaq üçün çoxdan gözlədikləri “Tierra del Fueqo Milli Parkı” oldu. Onların səyahətini buradan izləyə bilərsiniz.