Xəbərlər

İki qardaş Norveçdə 2700 km gəzintini tamamlayıb

Avqustun 22-də Fleury və Corentin Roux Norveç boyunca 2771 km-lik səyahətlərini başa vurdular.

Avqustun 22-də Fleury və Corentin Roux Norveç boyunca 2771 km-lik səyahətlərini başa vurdular.

Onlar iyunun 1-də ölkənin ən cənub nöqtəsi, Lindesnes Fürdən yola düşüblər. Onların finiş xətti ölkənin ən şimal nöqtəsi, Nordkap burnu idi. Qardaşlar naviqasiya üçün yalnız xəritələrdən və kompasdan istifadə edirdilər.

Onlar kampaniyanı 100 günə başa çatdırmağı hədəfləsələr də, gözləntilərindən 17 gün daha tez başa vurdular. Qardaşlar templərini saxlamaq üçün 10 kq-lıq çanta ilə səyahət edirdilər. Hər üç-altı gündən bir isə ən yaxın yoldan bacısı və qayınından ləvazimat götürürdülər.

“Onlar mühüm maddi-texniki dəstək verirdilər, lakin hər şeydən əvvəl daha çox ehtiyac duyulan mənəvi dəstəkdir” deyə qardaşlar deyib. Bu ailə üzvlərinin hər ikisi də fizioterapevtdir. Əlbəttə ki, bu, belə bir gəzintidə mükəmməl əlavə bir faydadır.

Onlar cəmi 2 gün ardıcıl tam olaraq istirahət ediblər. Qalan 81 günün hamısını yürüşdə olublar.

İlk bir neçə həftə ərzində qar onların irəliləyişini ləngidir, gedişi çətinləşdirirdi. Yürüş boyunca duman qardaşların naviqasiyasına əngəl oldu və üç həftə aramsız yağışa düşdülər. Səviyyəsi qalxmış çayları keçmək ən böyük təhlükə idi. Bəzən keçməyə təhlükəsiz yer tapmaq üçün marşrutdan yayınmalı olurdular.

Bu, onların bugünədək olan ən böyük layihəsidir. Qardaşlar səmti müəyyənetmə üzrə mütəxəssisdir. 24 yaşlı Fleury səmti müəyyən etməyi öyrədir, həmçinin dağ və xizək bələdçisidir. 27 yaşlı Korentin kartoqrafdır. Hər ikisi beynəlxalq miqyasda səmti müəyyənetmə yarışlarında yarışırlar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version