Xəbərlər
İki qurum arasında memorandum imzalanmışdır
Anlaşma Memorandumunun məqsədi tərəflər arasında turizm və hotel sahəsində əməkdaşlığın əsaslarını inkişaf etdirməkdən ibarətdir.
17 noyabr tarixində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Azərbaycan Hotel Assosiasiyası arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunun məqsədi tərəflər arasında turizm və hotel sahəsində əməkdaşlığın əsaslarını inkişaf etdirməkdən ibarətdir.
Əməkdaşlıq çərçivəsində Assosiasiyalar arasında fikir və təcrübə mübadiləsi nəzərdə tutulub.
Eyni zamanda tərəflər arasında iş keyfiyyətinin qorunması, turizm məhsulları, fəaliyyəti və xidmətlərinin təkmilləşdirilməsi barədə razılaşıblar.