Xəbərlər
İkinci ən böyük zirvə artıq Şahdağ deyil
Rəsmi olaraq ikinci ən yüksək zirvə olan “Şahdağ zirvəsi” öz yerini “Zəfər zirvəsi”nə (4301) verərək 3-cü yerdə qərarlaşdı.
Fevral ayının ilk günlərində hərbçi və peşəkar alpinistlərin daxil olduğu 16 nəfərlik komandanın iştirakı ilə Şərqi Bazardüzü zirvəsinə baş tutacaq “Zəfər Azərbaycanındır!” adlandırılan ekspediyadan sonra Azərbaycanın ən yüksək ikinci zirvəsi “Zəfər zirvəsi” (4301) adlanacaq. Buna qədər isə rəsmi olaraq ikinci ən yüksək zirvə “Şahdağ zirvəsi” (4243) hesab olunurdu. Ekspedisiya və təşəbbüsə müvafiq dövlət qurumlarından icazə verilib.
Qeyd edək ki, Şərqi Bazardüzü zirvəsi Bazardüzü dağının şərq hissəsində Bazardüzü zirvəsindən təxminən 1,5 km aralıda, Azərbaycan – Dağıstan (Rusiya) sərhədində yerləşir.