Xəbərlər
İsrafil Aşurlı dağda həyat xilas etdi
İsrafil Aşurlı Broud Piki fəth etmək üçün 36 gündür ki, Pakistandadır. Dünən özünü gümrah hiss edən dağçı zirvəni fəth etməyə cəhd göstərib.
İsrafil Aşurlı Broud Piki fəth etmək üçün 36 gündür ki, Pakistandadır. Dünən özünü gümrah hiss edən dağçı zirvəni fəth etməyə cəhd göstərib.
7000 metr yüksəklikdə olan üçüncü düşərgədən yola çıxan İsrafil Aşurlı, 7700-7800 m hündürlükdə ölmək üzrə olan rumın alpinisti ilə qarşılaşıb. O “Hansı daha vacibdir: ambisiyalar, ya insan həyatı” sualına dərhal cavab verib. Zərərçəkmiş həmkarını 7300 m hündürlüyədək endirib, burada ona 3-cü düşərgədən Çili, Polşa və Rusiyadan olan alpinistlər köməyə gəliblər. Artıq onun zirvəyə qalxmağa nə qüvvəsi, nə də vaxtı qalmışdı.
Qeyd edək ki, İsrafil Aşurlı bu gecə bir daha zirvəni fəth etməyə cəhd göstərəcək. Hamı aşağı endiyindən, o dağda hazırda tək qalıb.
Alpinistimizə güc-qüvvət və uğur arzulayırıq!