Xəbərlər

İsrafil Aşurlı növbəti zirvəyə hazırlaşır

Burdan Bura xəbər verir ki, qarşıdakı ekspedisiya çərçivəsində İsrafil Aşurlı adı kimi gözəl olan Palçan Kanqri dağına qalxmağa cəhd göstərəcək.

Burdan Bura xəbər verir ki, qarşıdakı ekspedisiya çərçivəsində İsrafil Aşurlı adı kimi gözəl olan Palçan Kanqri dağına qalxmağa cəhd göstərəcək. Bu ad dağın balti dilindəki orijinal adıdır. Avropalılar əvvəlcə onu K3 adlandırdılar, sonra dağa Broud Zirvəsi adını verdilər.

Bu, hündürlüyünə görə dünyada 12-ci zirvədir. Onun hündürlüyü 8051 metrdir.
İsrafil Aşurlı, həmçinin qeyd edib ki, təkcə zirvənin fəth olunması ilə bağlı xəbərləri oxumaqdan darıxmayasınız deyə, o mümkün olduqca sizi Pakistan adlanan bu gözəl ölkə ilə tanış etməyə çalışacaq.

Alpinist zirvə yürüşünə çıxmamışdan öncə isə Azərbaycan səfirliyini ziyarət edib. O Azərbaycan Respublikasının Pakistandakı səfiri cənab Əli Əlizadəyə mehriban və səmimi qəbul üçün təşəkkürlərini bildirib. Cənab səfiri və səfirlik əməkdaşlarını qarşıdakı ekspedisiya barədə ətraflı məlumatlandırıb. Əli müəllim ona gücü çatan yardımı göstərməyə hazır olduğunu bildirib və xahiş edib ki, ekspedisiyanın gedişi ilə bağlı onu məlumatlandırsın.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version