Xəbərlər
İsrafil Aşurlıya Annapurnada dayanmaq qismət olmadı
İsrafil Aşurlıya əsrarəngiz Annapurna zirvəsində sevincdən başı gicəllənmiş halda dayanmaq bu dəfə qismət olmadı.
İsrafil Aşurlıya əsrarəngiz Annapurna zirvəsində sevincdən başı gicəllənmiş halda dayanmaq bu dəfə qismət olmadı. Nə qədər qəribə görünsə də, bundan məyus olmadığını deyir. Annapurnanın fəthi sadə iş deyil, dağda yaranmış qarışıqlıq və çaşqınlıq (burada insanlar başqalarının planlarına uyğunlaşaraq, öz niyyətlərində korrektələr etməli olurlar, bu isə, ciddi təhlükə yaradır) vəziyyəti bir az da qəlizləşdirirdi.
O əlavə oksigen balonundan istifadə etmədən zirvəyə qalxmaq istəyirdi, buna görə də, ilkin planını pozmadı və dağa iki tam akklimatizasiya yürüşünə çıxdı və üçüncü düşərgədə üç gecə keçirdi.
Təəssüf ki, istirahət etmək üçün baza düşərgəsindən buzlu kəndir vasitəsi ilə aşağı enəndə ipi qarın altından dartıb çıxarmalı olur və bu zaman sağ əlinin barmağı donur.
İsrafil vəziyyəti tez qiymətləndirməli olur və qərara gəlir ki, planetin 10 dağ zirvəsinin yamaclarında təkbaşına hərəkət etməsin (çünki – demək olar ki – baza düşərgəsinə gəldikdən 14 gün sonra heç kəs “hava pəncərəsi”nin altında zirvəyə qalxmaq kimi şirnikləndirici arzudan vaz keçməmişdi) və ipli pilləkəni taparaq, qarın altından çıxarıb, təmizləməsin. Ən başlıcası, İlyinskinin “heç bir dağ hətta çeçələ barmağın belə donmasına dəyməz” fikrinin mənasını öz təcrübəsində anlayır. İki il əvvəl Andrey Vergelesin başına gələn hadisəni təkrarlamamaq üçün o barmaqlarını qoruyub, Annapurnaya fəth planını sonraya saxlamalı oldu.
İsrafil Aşurlı deyir ki:
Əziz həmvətənlər! Bilirəm ki, siz məndən bu zirvənin fəthini gözləyirdiniz. Təsəvvür edirəm ki, qardaşım Çatur Tamanqanın dağa qalxmağımla bağlı verdiyi yanlış xəbəri eşidəndə nə qədər sevinmisiz. Oksigen istifadə etsəydim, fəth baş tutacaqdı, amma mən istədim ki, Dağa qalxarkən, onun füsünkar mənzərəsindən həzz alarkən, əlavə oksigen dopinqindən yararlanmayım.
Annapurna yamacları mənim qayıdışımı, mənsə niyyətimi gələcəkdə reallaşdırmaq üçün fürsəti gözləyəcəyəm ki, sizi sevindirim! Mənə diqqət və dəstək göstərdiyiniz üçün hamınıza minnətdaram.