Xəbərlər

İtaliyada selfi çəkən turistlər cərimə ediləcək

Portofino yerli hakimiyyət orqanları məşhur yerlərdə çox qalmağa görə 275 avro cərimə tətbiq etmək qərarına gəlib.

Kiçik balıqçı şəhəri Portofino gözəlliyi və zəngin mədəni irsi ilə hər il çoxlu sayda turisti cəlb edir.

Burada demək olar ki, şəkil çəkə bilməzsiniz

Şəhərin meri Matteo Viakavanın sözlərinə görə, yerli sakinlər selfi həvəskarlarına görə bəzi problemlər yaşamağa başlayıb. Turistlər foto çəkmək üçün uzun növbələrə düzülür ki, bu da bəzən insan tıxacına səbəb olur. Məsələn, 2023-cü il Pasxa bayramında Portofinoya 7000-dən çox insan səfər edib. Bu da şəhər əhalisindən təxminən 18 dəfə çox insan deməkdir.

Bu da maraqlıdır: Venesiyaya giriş turistlər üçün pullu olacaq

Portofinonun yerli hakimiyyət orqanları şəhərin turistlər arasında artan populyarlığını nəzərə alaraq məşhur yerlərdə çox qalmağa görə 275 avro cərimə tətbiq etmək qərarına gəlib.

Burdan Bura xəbər verir ki, bu xəbəri Londonun The Times qəzetinin britaniyalı jurnalisti yazıb. Cərimə yalnız oktyabrın 15-dək və müəyyən vaxtlarda: səhər saat 10-dan axşam 18-dək qüvvədə olacaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version