Xəbərlər
İtaliyalı aparıcı Azərbaycan haqqında veriliş çəkib
Rusiyanın NTV telekanalında yayımlanan “Поедем, поедим!” verilişinin növbəti hissəsi Bakı və Lənkəran şəhərlərində çəkilib.
Rusiyanın NTV telekanalında yayımlanan “Поедем, поедим!” verilişinin növbəti hissəsi Bakı və Lənkəran şəhərlərində çəkilib.
Veriliş əsasən Azərbaycan mətbəxinə həsr olunub.
Verilişin italiya əsilli aparıcısı Federiko Arnaldi Bakı küçələrini gəzərkən heyrətini gizlədə bilməyib. O, Azərbaycan paytaxtını ultra müasir şəhər adlandırıb, turistlər üçün maraqlı olacaq bilgilər verib.
Bazar və restoranlara baş çəkdikdən sonra italiyalı Lənkəran rayonuna üz tutub və burada meyvə bağlarının fəaliyyəti ilə maraqlanıb.
Verilişdə həmçinin xalqımızın mətbəx incisi olan ləvəngi haqqında ətraflı bilgi verilir, onun hazırlanma qaydaları aşılanır.