Xəbərlər

K2-də itkin düşmüş alpinistlərin axtarış və xilasetməsi davam edir

K2 zirvəsi yaxınlığında itkin düşən üç alpinistin axtarış və xilasetmələri davam edir.

K2 zirvəsi yaxınlığında itkin düşən üç alpinist pakistanlı Muhammad Ali Sadpara, Çilidən Juan Pablo Mohr və islandiyalı John Snorri-nin axtarış və xilasetmələri davam edir. Əməliyyat cümə günü alpinistlərlə əlaqənin kəsilməsindən sonra başlayıb. Muhammad”in oğlu Sajd da zirvə komandasının üzvü idi, lakin avadanlığı sıradan çıxdığına görə geri qayıdıb və hazırda baza düşərgəsindədir.

Bugün Pakistan ordusunun helikopteri 7800 metr hündürlüyə qalxsa da alpinistlərdən heç bir iz tapılmayıb. Bundan əlavə pakistanlı alpinistlər Imtiaz Hussain və Akbar Ali piyada axtarış və xilasetmə çərçivəsində K2-yə doğru irəliləyirlər.

Qeyd edək ki, bundan əvvəl 42 yaşlı bolqar alpinist Atanas Skatov K2-dəki başqa bir ekspedisiya əsnasında baza düşərgəsinə qayıdanda ipləri dəyişərkən yıxılıb vəfat etmişdi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version