Xəbərlər

Kala Çimenti İtaliya dağlarında həlak oldu

İtaliya dağ xizək idmanının və alpinizminin əfsanəsi olan, daha çox Kala Çimenti kimi tanınan Karlo Alberto Çimenti dağda həlak olub.

İtaliya dağ xizək idmanının və alpinizminin əfsanəsi olan, daha çox Kala kimi tanınan Karlo Alberto Çimenti, Turin yaxınlığında yerləşən Sistriere, Çima del Bosko ərazisində yerləşən dağlardakı qar uçqununda vəfat edib. Onun dostu və partnyoru olan Patrik Neqronu da uçqun aparıb.

Kala 14 fevralda 46 yaşını qeyd edəcəkdi. Onların cəsədləri tapılaraq təhvil verilib. 2019 cu ildə Kala, Vitali Lazo və Anton Puqovkin ilə birlikdə dünyanın 9-cu ən yüksək zirvəsi olan “Nanga Parbat”da “Frirayd ölüm zonası” adlanan proyektə qatılıblar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version