Xəbərlər

Küveytli alpinist yeni dünya rekordunu müəyyənləşdirib

Küveytli alpinist Yousef Al-Refai 2021-ci ilin dekabr ayında Antarktidadakı ən yüksək vulkanın zirvəsini uğurla fəth etdi.

Küveytli alpinist Yousef Al-Refai 2021-ci ilin dekabr ayında Antarktidadakı ən yüksək vulkanın zirvəsini uğurla fəth etdi və 24 yaşında planetin yeddi qitəsinin yeddi ən hündür vulkanına qalxan ən gənc insan oldu.

Qeyd edək ki, yeddi vulkanın əvvəlki yaş rekordçusu, 35 yaşlı hindistanlı alpinist Satyarup Siddhanta 2019-cu ildə bu ekspedisiyanı tamamlamışdı. Beləliklə, küveytli Yousef rekordu yeniləyərək 10 il önə çəkdi!

“7 Vulkan” proqramının “7 Zirvə” proqramı qədər populyar olmamasına baxmayaraq, planetin ən hündür vulkanlarına dırmaşmaq çox çətin bir işdir və çox az adam bunu həyata keçirməyə cəsarət edir.

İlk dəfə “7 vulkan” ekspedisiyasını 2011-ci ildə italyan Mario Trimeri və rumıniyalı Krina Popesku yerinə yetiriblər. Yousef bu ekspedisiyanı həyata keçirən 24-cü alpinistdir.

O, yeddi vulkan zirvəsinin hər birinə aşağıdakı ardıcıllıqla qalxıb:

Kilimancaro dağı, Tanzaniya (5895 m) – 30 dekabr 2015-ci il
Elbrus dağı, Rusiya (5642 m) – 18 iyul 2017-ci il
Giluve dağı, Papua Yeni Qvineya (4368 m) – 5 avqust 2018-ci il
Piko de Orizaba, Meksika (5700 m) – 6 yanvar 2019-cu il
Dəmavənd dağı, İran (5671 m) – 11 avqust 2019-cu il
Ojos del Salado, Argentina/Çili (6893 m) – 15 yanvar 2020-ci il
Mount Sidley, Mary Bird Land 4181 m) – 22 dekabr 2021-ci il

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version