Xəbərlər

Lənkəranda “Cənub bölgəsinin mətbəx mədəniyyəti və qastroturizm” tədbiri keçirilib

Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” respublika elmi-praktiki konfransı keçirilib.

Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” respublika elmi-praktiki konfransı keçirilib.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilib.

Konfransın açılışından öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Lənkəranda ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Konfrans çərçivəsində keçirilən “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış olublar.

Elmi konfransda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Turizm və Menencment Universiteti, Azərbaycan Kooperasiya Universiteti və AMEA-nın alimləri məruzələrlə çıxış edib. Konfransa sədrlik Lənkəran Dövlət Universitetinin rektor müşaviri, texnika üzrə elmlər doktoru, dosent Mikayıl Məhərrəmov tərəfindən edilib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın Cənub bölgəsinin milli mətbəx mədəniyyətinin daha dərindən araşdırılması, ictimaiyyətə və gənc nəsilə çatdırılması və s. məsələləri əhatə edir.

Konfransda səsləndirilən elmi məruzələr kitab şəklində çap ediləcək.
Konfrans cənub mətbəx mədəniyyəti festivalı ilə müşayət edilib.

Fotolar: @turulnn

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version