Xəbərlər
Lerikdə turist avtobusu qəzaya uğrayıb
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Hadisə Günəşli kəndində qeydə alınıb.
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Burdan Bura “Report”a istinadən xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.
Qəza zamanı xəsarət alanlar Boladi kənd sakinləri: – Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər həlak olub: Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, Ağayeva Təcrübə, Cəfərova Güldəstə, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.
Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.