Səyahətçilər
Maria Kuzmina
Maria ilə səyahət
Maria Kuzmina
Doğum tarixi: 27 dekabr, 1994
Təhsili: Bakı Dövlət Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @mia.trips
Facebook: Maria Kuzmina
Maria Kuzmina, Bakı şəhərində anadan olub, əslən rusdur. Uşaqlıqda musiqi ilə məşğul olub, 7 il ərzində musiqi xor kollektivində çalışıb. 2017-ci ildə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsini bitirib. Maria rus, azərbaycan, ingilis və fars dillərini bilir. Universiteti bitirdikdən sonra isə müxtəlif sahələrdə işləyib, amma ən sevdiyi işi – Azərbaycanın müxtəlif rayonlarını gəzib, onların maraqlı və gizlin tərəfini öyrənməkdir.
2015-ci ildən Bakı şəhərinin tərkedilmiş yerlərini gəzib, onların fonunda şəkillər çəkməyə başlayıb. 2017-ci ildən etibarən isə gəzdiyi yerlərin tarixini araşdırmağa başlayıb. Beləliklə, 2019-cu ildə Bakı şəhərinin tarixi binaları üzrə müəllif marşrutlar yazıb, həmin binalarda ekskursiyalar keçirməyə başlayıb. Hal-hazırda Maria Abşeron daxili və Azərbaycanın bir çox regionlarına turlar və ekskursiyalar təşkil edir.
Maria Kuzmina 2021-ci ilin may ayından Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvüdür.