Xəbərlər

Məşhur “Darvin tağı” dağılıb

Qalapaqos adalarında dalğıclar arasında məşhur olan “Darvin tağı” adlı qaya dağılıb. qayanın dağılması təbii aşınma ilə izah edilib.

Qalapaqos adalarında dalğıclar arasında məşhur olan “Darvin tağı” adlı qaya dağılıb.

AzərTac BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Ekvadorun Ətraf Mühit Nazirliyi qayanın dağılmasını təbii aşınma ilə izah edib.

“Darvin tağı” 234 adadan və qayalardan ibarət arxipelaqa daxil olan və insanların yaşamadığı Kulpepper adasından təxminən 1 kilometr məsafədə yerləşirdi. Yarımadanın yaşayış olan dörd adasında təxminən 30 min insan məskunlaşıb.

Ekvadora aid olan Qalapaqos adaları materikdən min kilometr aralıda yerləşir. Adalar böyük flora və fauna müxtəlifliyi ilə tanınır. XIX əsrdə məşhur ingilis alimi Çarlz Darvin burada tədqiqatlar aparıb və sözügedən qayaya onun adı verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version