Xəbərlər

Məşhur kurortda bələdçi turistə təcavüz edib

Şri-Lankada yerli sakin məşhur kurortlardan birinə istirahətə gələn alman turisti zorlayıb.

Şri-Lankaya tətilə gələn alman qadın turist bələdçisi tərəfindən zorlanıb.

Şri-Lankada yerli sakin məşhur kurortlardan birinə istirahətə gələn alman turisti zorlayıb. Hadisənin təfərrüatlarını Şri-Lankanın “EconomyNext” informasiya portalı dərc edib.

Hadisə fevralın 4-də Hambantota rayonunun Tanqalla şəhərində baş verib. Səyahətçi bildirib ki, kurortla tanış olmaq üçün özünə bələdçi götürdüyü şəxs onunla eyni oteldə qalıb və ona hücum edib.

Polis məmurunun sözlərinə görə, alman qadın hadisədən sonra xəstəxanaya yerləşdirilib. “O, çox qorxmuşdu, hətta xəstəxanada da narahat idi” – deyə hüquq-mühafizə orqanından bildirilib.

Hadisəni törədən şəxsin naməlum istiqamətə qaçdığı bildirilir. İndiyə qədər məlum olan yeganə şey odur ki, həmin şəxs ölkənin dağlıq hissəsində yerləşən kiçik Ella qəsəbəsində yaşayır.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version