Səyahətçilər

Namin Bünyatzadə

Heç vaxt təslim olma

Namin Bünyatzadə

Doğum tarixi: 8 aprel, 1983
Vəfat tarixi: 26 dekabr, 2017

Namin Bünyatzadə 2017-ci ilin 23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış və uçquna düşərək həlak olmuş 3 alpinistdən biridir.

Qrupda yaşca ən böyük olan Namin Bünyatzadə 1983-cü il 8 aprel tarixində Şəmkirdə anadan olub. Namin Bünyatzadə sənaye alpinizmi ilə məşğul olub. O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışıb.

O, ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edib. Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olub.

Namin Bünyatzadə İsveçrədə qış-dağ kursunu keçib. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılıb. O, həmçinin şəhərin hündür binalarının şüşələrinin təmizlənməsində iştirak edib. Keçmiş kəşfiyyatçı Gürcüstanda 5033 metrlik zirvəni, Elbrus zirvəsini (eyni zamanda bu Avropanın ən hündür zirvəsidir), İranın cənubunda 4500 metrlik Hezar zirvəsinə qalxıb. Eyni zamanda Dəmavənd (5671m) dağına da çıxıb. O, Azərbaycan Alpinizm tarixində ilk dəfə olaraq Azərbaycanın bayrağını Qafqazın ən çətin, ən təhlükəli və eyni zamanda ən gözəl zirvələrindən biri olan Uşba-nın şimal zirvəsində dostları ilə birgə dalğalandırıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version