Xəbərlər
Nanqa Parbat 2022 qış ekspedisiyası – GEDİŞAT
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq qısa fasilədən sonra komanda yenidən marşrut üzrə fəaliyyətə başlayıb.
Xəbər verdiyimiz kimi, dörd alpinistdən ibarət beynəlxalq komanda bu qış Qərbi Karakorumun cənubunda Pakistanın nəzarətində olan Kəşmir bölgəsində yerləşən, dünyanın hündürlüyünə görə ən yüksək doqquzuncu zirvəsi olan Nanqa Parbatda (8126 m) ekspedisiya təşkil edib. Onların məqsədi dünyada qışda indiyədək heç vaxt keçilməmiş ən böyük divar – Rupal (cənub) divarını keçməkdir!
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq qısa fasilədən sonra komanda yenidən marşrut üzrə fəaliyyətə başlayıb.
Xatırladaq ki, alpinistlər Shell marşrutu ilə dırmaşırlar.
Dünən, yanvarın 12-də David Göttler (Almaniya) və Herve Barmasse (İtaliya) dağın qeyri-sabit buz örtüyü də daxil olmaqla bir sıra çətinlikləri dəf edərək, 6200 metr hündürlüyə qalxdılar. Onların baza düşərgəsi 3600 metr hündürlükdə yerləşdiyinə görə (bu, bütün digər səkkiz min metrliklər arasında ən aşağı göstəricidir), komanda divarı 2600 metr qət etdi!
Mənbə: Alessandro Filippini