Xəbərlər
Nanqa Parbat qış ekspedisiyası ləğv edildi
David Gottler və Herve Barmasse Nanqa Parbat ekspedisiyasını ləğv etdilər.
David Gottler və Herve Barmasse, bu həftə faktiki havanın proqnozlaşdırılandan daha yaxşı olub-olmadığını görmək üçün gözləyəcəkləri ilə bağlı açıqlamalarına baxmayaraq, Nanqa Parbat ekspedisiyasını ləğv etdilər.
Fevralın 10-dək güclü külək gözlənilir və onlar yanvarın sonunda evə uçmaq qərarına gəliblər.
Qeyd edək ki, dörd alpinistdən ibarət beynəlxalq komanda bu qış Qərbi Karakorumun cənubunda Pakistanın nəzarətində olan Kəşmir bölgəsində yerləşən, dünyanın hündürlüyünə görə ən yüksək doqquzuncu zirvəsi olan Nanqa Parbatda (8126 m) ekspedisiya təşkil edib. Onların məqsədi dünyada qışda indiyədək heç vaxt keçilməmiş ən böyük divar – Rupal (cənub) divarını keçmək idi.