Səyahətçilər

Natəvan Ağabəyli

Kitab və təbiət manyakı

Natəvan Ağabəyli

Doğum tarixi: 18 sentyabr
Təhsili:  Bakı Dövlət Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @natavan_aghabayli
Facebook: Natavan Ağabəyli

Ofis həyatına həmişəlik əlvida deyib öz gününü özü idarə edən Natəvan Ağabəyli Bakıda anadan olub. Boş vaxtını ya tamamən mütaliəyə ya da təbiətə həsr edir. Təbiətdə hələ bir dəfə kitab oxumağa çalışmayıb. Təbiətdə olanda tamamən təbiətdə həll olmağa üstünlük verir.

Natəvanın ən çox sevdiyi zirvə yürüşləridir. İlk dəfə dağa Babur Hüseynovun bələdçiliyi ilə çıxıb. Zirvə yürüşlərindən əlavə Natəvan qədim Alban kilsələrini ziyarət etməyi də çox sevir. #touchthehistory və #azerbaijanfortresses həşteqlərini yaradaraq Azərbaycanın zəngin tarixinə xüsusi diqqət ayırmağa çalışır. Dağ kəndlərinə gedib yerli insanlarla ünsiyyəti çox sevir. Deyir ki, Qarabağdan başqa Azərbaycanın hər yerində olub. İndi şükür ki, artıq Qarabağa da getmək qismət olacaq. Ölkə kənarından isə ən çox Lofoten adalarına və Fuji dağına getmək arzusundadır.

Natəvan idman sahəsində çalışır. Tərcüməçilik isə onun ikinci fəaliyyətidir və əsasən kitab tərcümə edir. Tərcümə etdiyi kitabları şəhərin kitab evlərində görmək olar. Həmçinin “Thunaraz” adlı kiçik turlar təşkil edən qrupu da var ( 6-8 nəfər).

Çıxdığı zirvələr:

Qızılqaya
Xınalıq
Babadağ
Tufandağ
Şahdağ Şalbuzdağ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version