Xəbərlər
Nepala gedən turistlərin Covid-19 sığortası olmalıdır
1 yanvar 2022-ci il tarixindən etibarən Nepala gedən xarici turistlərin ən azı 5000 ABŞ dolları COVİD-19 sığorta təminatı olmalıdır.
Müvafiq sirkulyar Nepal Mülki Aviasiya Administrasiyası (CAAN) tərəfindən dərc edilib və bu qaydanın yaşayış yerindən və vizasının olub-olmamasından asılı olmayaraq bütün yaş qruplarından olan turistlər üçün məcburi olduğu vurğulanır.
COVID-19 sığorta polisi 14 gün ərzində karantində qalmağı və Nepalda olarkən COVID-19 virusu aşkarlanan turistin tibbi xərclərini əhatə etməlidir.