Xəbərlər
Pakistanla Azərbaycan arasında hava əlaqəsi bərpa olundu
Bu gün Pakistan Beynəlxalq Hava Yolları Lahor və Karaçidən Bakıya birbaşa təyyarə reysləri açdı.
Pakistanla Azərbaycan arasınsa hava əlaqəsi bərpa olundu. Bu gün Pakistan Beynəlxalq Hava Yolları Lahor və Karaçidən Bakıya birbaşa təyyarə reysləri açdı. Uçuşlar Airbus 320 təyyarələri ilə ediləcək. İlk reys Lahor-Bakı oldu və demək olar ki, təyyarə dolu idi. Aeroport əməkdaşları ilk sərnişinləri şəkərbura və paxlava ilə qarşıladılar.
Biletlər www.piac.co.pk saytında satışdadır. Bu reyslərlə həm də Pakistanın başqa şəhərlərinə tranzitlə getmək olar.
Mənbə: Azər İsmayıl
Fotolar: İradə Qədirova