Xəbərlər
Palçıq vulkanları kompleksinə “Zəfər yürüşü” devizi altında eko-infotur baş tutub
Əsas məqsəd Geoparkların Azərbaycan və əsasən də region üçün verəcəyi töhfələri geniş ictimaiyyətə çatdırmaq idi.
20 noyabr 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan respublikası ərazisində ilk dəfə olaraq beynəlxalq statuslu Yunesko-nun Qlobal Geoparklar Proqramı çərçivəsində yaradılacaq Geoparkla bağlı təbliğat xarakterli infotur təşkil olunmuşdur.
Əsas məqsəd Geoparkların Azərbaycan və əsasən də region üçün verəcəyi töhfələri geniş ictimaiyyətə çatdırmaq idi. Yürüş Yunesko-təbii irs siyahısına daxil ediləcək dünyanın ən böyük palçıq vulkanı Torağaydan başladı və Ağdam qrupu palçıq vulkanında bitdi. Tədbirin əsas hissəsi Ağdam vulkanında baş tutdu. Ərazidə çoxlu sayda informativ lövhələr, yurta və digər mövzuya uyğun detallar quraşdırılmışdı.
Bu layihənin bir hissəsi ənənəvi qışlaqlarda ekoturizmin inkişafı nəzərdə tutulub. Bu məqsədlə tədbirə Ağdam qrupu palçıq vulkanı ətrafında yerləşən 3 qışlaq nümayəndəsi dəvət olunmuşdu. Ənənəvi qışlaq geyimləri, ənənəvi təamlar və o cümlədən, digər maraqlı göstərilər nümayiş etdirildi. Ümumiyyətlə tədbirin quruluşu maksimum dərəcədə yerli kaloritə uyğun təşkil olunmuşdu. Silsilə olaraq davam edəcək tədbirdə “Nature Discovery Azerbaijan” , Toyota klubu, bəzi dövlət qurumları, səfirlik nümayəndələri, qazilər və digər nümayəndələr iştirak etdi.