Xəbərlər
Polyak öz anbarında tikdiyi qayıqla dünya səyahətinə başladı
Sentyabrın 19-da Arkadiuş Pavelek unikal qayıqla Polşanın Swinoujscie limanından 65.000 km-lik səyahətə çıxıb.
Sentyabrın 19-da Arkadiuş Pavelek unikal qayıqla Polşanın Swinoujscie limanından 65.000 km-lik səyahətə çıxıb. Pavelek son iki ildə “Elblag” adlı yelkənli qayığını anbarda hazırlayıb.
Pavelekin layihəsi əvvəllərdə çox da yaxşı görünmürdü. Bir müddət əvvəl isə bu, sadəcə bir yığın lövhə idi.
Polşa xəbər agentliyi Onet xəbər verir ki, o, bazar ertəsi yola düşüb. “Qayıqda çarpayım yoxdur, yerdə yatacağam. Otuz beş min dəniz mili səyahəti ən azı 300 gün çəkəcək” – deyə Pavelek deyib.
Bir il qayığın döşəməsində yatmaq sizə cəza kimi gələ bilər. Amma Pavelek, deyəsən, başqa parçadan tikilib.