Xəbərlər
Prezident və xanımı Şuşaya gedib və bir sıra açılışlar ediblər
Prezident İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub;
Prezident və xanımı Şuşaya gedib və bir sıra açılışlar ediblər.
▪️ Prezident İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub;
▪️ Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar;
▪️ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Qarabağ” hotelinin açılışında iştirak ediblər;
▪️ Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstü açılıb;
▪️ Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışını ediblər;
▪️Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər;
▪️ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər;
▪️ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar;
▪️ Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub;
▪️ Şuşada yeni yaşayış massivi salınacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər.