Xəbərlər

Qaç və başqalarına kömək et – Qobustan Trail 2022

Tədbir Qobustan Dövlət Tarix-Bədii Qoruğu ilə birgə keçirilir. Bu dəfə tədbirin tərəfdaşı Red Hearts xeyriyyə təşkilatıdır.

2020-ci ilin aprel ayında “Qobustan Trail” cığır qaçışı keçiriləcəkdi, lakin hazırlıq işləri gedən zaman ölkəmizdə COVID-19 ilə əlaqədar karantin rejimi elan edildi və bu tədbir uzun müddətə təxirə salınmalı oldu. İndi, iki il sonra, “Qobustan Trail” qaçışı 24 aprel 2022-ci ilə planlaşdırılıb. Loqotipdə bir az dəyişiklik edilib lakin, medallarda 2020-ci il tarixi saxlanılıb. Əl istehsalı olan bütün medallar xüsusi olaraq saxsıdan hazırlanıb.

Tədbir Qobustan Dövlət Tarix-Bədii Qoruğu ilə birgə keçirilir. Bu dəfə tədbirin tərəfdaşı Red Hearts xeyriyyə təşkilatıdır. İştirakdan toplanan gəlir xeyriyyə məqsədlərinə yönəldiləcək. Qeydiyyatdan keçərkən qaçışda iştirak haqqını köçürürsünüz, lakin üstəlik rəmzi məbləğ əlavə edə bilərsiniz (məbləği xüsusi sətirdə müəyyənləşdirin), bu da Red Hearts-a köçürüləcək.

Marşrutun təsviri

Dairəvi marşrut Qobustan Dövlət Tarix-Bədii Qoruğunun ərazisindən keçir. Muzey binasından başlayaraq dərhal asfalt yolunu tərk edib Böyükdaş qaya massivini yanından dolanıb keçirsiz. Burada yol boyunca kiçik yarğanlar, mənzərəli qayalığlar və dar çoban cığırları sizi gözləyir. Bu hissədən keçərək Kanizadağ palçıq vulkanının ətəyindəki düzənliyə qaçacaqsınız. Vulkanın yamacından dırmaşaraq nəzarət məntəqəsini keçirsiz, və sonra torpaq yolu ilə aşağı doğru enirsiz. Marşrutun son hissəsi qayalar arasında keçir, orada qədim petroqliflərə heyran ola bilərsiniz.

Məsəfələr və iştirak haqqı

11,5 km / ümumi yüksəklik toplusu 450 metr (bir dairə) – 20 AZN
23 km / ümumi yüksəklik toplusu 900 metr (iki dairə) – 30 AZN

Ətraflı məlumat və qeydiyyat üçün sayt: race.az

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version