Xəbərlər
Qadınlar arasında Afrikanı velosipedlə keçməyə ilk cəhd edilir
Dünyadakı bir çox velosipedçi kimi, Teqan Filips də Mark Bomontun 2015-ci ildəki Afrika yürüşündən ilhamlanıb.
Dünyadakı bir çox velosipedçi kimi, Teqan Filips də Mark Bomontun 2015-ci ildəki Afrika yürüşündən ilhamlanıb.
Şotlandiyalı velosipedçi 41 gün ərzində 10 863 km məsafəni səkkiz ölkədən keçərək qitə boyu qırılmayan xətt üzrə hərəkət edib və kişilər arasında yeni rekorda imza atıb.
Cənubi afrikalı Filips qadınlar arasında bu rekordun nə qədər olduğunu öyrənmək üçün Ginnesin Rekordlar Kitabına müraciət etsə də, belə bir rekordun olmadığı cavabını alıb. Heç bir qadın buna cəhd belə etməyib. Buna görə də, Filips bütün Afrikanı velosipedlə qət edən ilk qadın olmağa qərar verib.
O, Bomontun rekordunu qırmağa ümid etsə də, onun əsas məqsədi sadəcə olaraq qadın idmançı kimi yolu başa vurmaqdır. O, hazırda Misirdədir və hökumətin yekun təsdiqini gözləyir.
Qahirədən Keyptauna qədər ilk velosiped rekordu 2003-cü ildə qeydə alınıb. Məhz o zaman Maykl Kennedi adlı şotlandiyalının da daxil olduğu ilk “Tour d’Afrique” qrupu qitəni 4 aya keçib.