Xəbərlər
Qarabağa ilk kommersiya təyinatlı sınaq uçuşu olub
Azərbaycana səfər edən dünya şöhrətli səyahətçilərin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına ilk kommersiya təyinatlı sınaq uçuşu olub.
Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyahətçilərin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına ilk kommersiya təyinatlı sınaq uçuşu olub.
Burdan Bura “Report”a istinadən xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaq.
Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.