Xəbərlər
Qarabağa səfər edən səyyahlarla görüş keçirildi
Bu gün Bakıda əcnəbi səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 3 günlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Bu gün Bakıda əcnəbi səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 3 günlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Mətbuat konfransı zamanı 20-dən çox ölkədən olan məşhur səyahətçilər səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Onlar erməni vandallarının törətdiyi dağıntıların nəticələrinin şahidi olduqlarını bildiriblər. Bununla belə, Azərbaycan ərazilərin minalaran təmizlənməsi, yollar, “ağıllı kəndlər” və lazımi infrastrukturun yaradılması üzrə əməliyyatları fəal şəkildə həyata keçirir.
Səyahətçilər Qarabağın inanılmaz gözəlliyini vurğulayaraq rayonun turizm potensialını da qeyd ediblər.
Qeyd edək ki, MTP (Most Travelled People) üzvü beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə – sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənddə, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi)-Cəbrayılda (Xudafərin körpüsü) olublar.