Xəbərlər
Qayaya dırmanma 2028 olimpiya oyunlarına daxil edilib
Qaya dırmanma BOK-un İcraiyyə Şurası tərəfindən 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarının proqramına daxil edilib
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, qayayadırmanma BOK-un İcraiyyə Şurası tərəfindən 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarının proqramına daxil edilməli olan 28 idman növü sırasına əlavə edilib.
Bu məlumat dekabrın 9-da icraiyyə komitəsinin üç gün ərzində distant şəkildə davam edən iclasının yekunundan sonra açıqlanıb. Məsələ ilə bağlı yekun qərar 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunları zamanı BOK-un sessiyasında səsvermə zamanı veriləcək.
XXXIV Yay Olimpiya Oyunları 2028-ci il iyulun 21-dən avqustun 6-dək keçiriləcək.