Xəbərlər

“Qızıl buz baltası 2021” mükafatının növbəti qalibi məlum oldu

Bütün ötən illərdə olduğu kimi, mükafatın qalibləri “Qızıl Buz Baltası”nın ruhuna uyğun meyarlar əsasında müəyyən edilmişdir

Bütün ötən illərdə olduğu kimi, mükafatın qalibləri “Qızıl Buz Baltası”nın ruhuna uyğun meyarlar əsasında müəyyən edilmişdir. (ötən il ərzində edilən texniki cəhətdən çətin yoxuşla birlikdə yüksək hündürlükdə təmiz alp üslubu da bura daxildir).

“Həyatda qazandığı nailiyyətlərinə görə” mükafatının bu ilki qalibi yapon alpinist Yasushi Yamanoi olub.

Yasushi Yamanoi-nin nailiyyətləri, eləcə də Asiya qitəsinin əksər alpinistləri Avropa və Amerikanın alpinizm ictimaiyyətində nadir hallarda eşidilir. Əfsanəvi polşalı alpinist Voyçex “Voytek” Kurtyka bir sıra ekspedisiyalardakı şəriki Yasuşini “zəmanəmizin əsl samurayı” adlandırıb.

Qeyd edək ki, Noyabrın 26-dan 29-dək Fransanın Briançon şəhərində alpinizmin ən nüfuzlu mükafatı hesab edilən “Qızıl Buz Baltası”nın (Piolets d’Or 2021) 29-cu mərasimi keçiriləcək.

Mərasimin özü heç kim üçün sürpriz olmayacaq, çünki nominasiyanın qalibləri münsiflər heyəti tərəfindən əvvəlcədən elan edilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version