Xəbərlər
“Qoverla”ya dırmaşarkən bir turist ölüb, ikisi yaralanıb
Ukraynanın ən hündür zirvəsi olan Qoverlaya (2061 m) dırmanış zamanı bir nəfər ölüb, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ukraynanın ən hündür zirvəsi olan Qoverlaya (2061 m) dırmanış zamanı bir nəfər ölüb, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin mətbuat xidməti teleqramda məlumat yayıb. Qeyd olunur ki, faciə şənbə günü səhər saat 11 radələrində baş verib.
Xilasedicilər əvvəlcə ayağından xəsarət almış 1987-ci il təvəllüdlü kişini Zaroslyak idman bazasına aparıb və həkimlərə təhvil veriblər. Daha sonra 1989-cu il təvəllüdlü ikinci yaralı qadını aşkar ediblər. 1965-ci il təvəllüdlü daha bir qadın isə dünyasını dəyişib. Bütün turistlər Odessa vilayətinin Yujnoye şəhərinin sakinləridir. Hadisənin baş vermə səbəbləri Milli Polis tərəfindən araşdırılır.
Axtarış-xilasetmə işlərinə 28 nəfər və 5 texnika cəlb olunub.