Səyahətçilər
Rabiyət Heydərli
Bir az da səyahət
Rabiyət Heydərli
Doğum tarixi: 25 may, 1995
Təhsili: Azərbaycan Dövlət İqtisad Universiteti
Həyatı
Rabiyət Heydərli Azərbaycanın gözəl təbiəti olan rayonlarından biri Qaxda anadan olub. Dağ-dərə, təbiətlə möhkəm bağları da elə buradan yaranıb. Təhsilini İqtisad Universitetində Menecment ixtisası üzrə alıb.
2016-cı ildən etibarən əsasən marketinq sahəsində çalışıb. 2 ilə yaxın “VarYox” kreativ platformasında işləyib və cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan bütün kəsimlərlə çoxlu sayda sosial layihələr həyata keçirib.
Dediyinə görə özünü həm cəmiyyətə faydalılıq, həm səyahət, həm də yaradıcılıq baxımından ən məhsuldar hiss etdiyi illər 2018-2019-cu illərə təsadüf edir. Həmin illərdə həm də “Sofar Sounds” qlobal musiqi layihəsinin təşkilatçılarından biri olub. Sonra isə məlum pandemiya… Hazırda “Endorphin” reklam agentliyində akkaunt menecer olaraq çalışır.
Səyahət
İlk təbiət yürüşü 2017-ci ilin 30 aprelində Niyaldağa “saroçka” ilə getməklə başlayıb. Sonra vaxt keçdikcə geyimləri təbiətə uyğunlaşdı. O vaxtdan bu günədək imkan tapdıqca təbiətə qaçır. Əsas çətinliyi yay-qış bütün yürüşlərdə ya günəşdən, ya da küləkdən yanan qırmızı burnudu.
2020-ci il nə qədər çətin olsa da çoxdan getmək istədiyi bir neçə yerə yürüş edə bilib. Babadağ, Heydər, Atatürk və Qızılqaya kimi zirvələrdə olub.
Rabiyət deyir ki, təbiətdə bol-bol gəzmək lazımdı. Sən də Rabiyət kimi ol.