Səyahətçilər
Rahiyə Hüseynova
Səyahət cənnətdir
Rahiyə Hüseynova
Doğum tarixi: 27 iyun, 1984
Təhsili: Bakı Slavyan Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @paradiseland_
Rahiyə Hüseynova 27 iyun 1984-cü ildə doğulub. Bakı Slavyan Universitetinin 2006-ci il məzunudur. O peşəkar yazıçıdır və bir çox hekayələrin, povestlərin müəllifidir. Yaxın gələcəkdə işıq üzü görəcək ilk kitanının üzərində işləyir. Həmçinin, daha əvvəllər qəzetlərdə çalışıb.
Artıq 5 aydır ki, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvüdür. O gözəl ailəsinin olduğunu qeyd edir və ailəsi ilə bir gəzməyi çox sevir. Əsasən təbiət ilə iç-içə olmağı, macəralı gəzintiləri sevirlər. Məsələn: çətin yolu olan yürüşlər, Azərbaycanın bir çox rayonlarında kamplar. Uşaqlarla kampda qalmaq ayrı bir macəradır. Onlar çox vaxt sahibsiz yerlərdə qalır. Bu isə bir növ təhlükəli olurdu. Amma uşaqlar artıq buna öyrəşmişdilər. Rahiyə onları əsil təbiət adamı etdiyi üçün çox xoşbəxtdir. Növbəti ilin May, İyun, ayları üçün ailəvi bir planları da var. Əgər plan baş tutarsa bunu edən ilk azərbaycanlı ailə ola bilərlər.
Rahiyə Hüseynova istər Azərbaycan daxili, istərsə də xaric olsun, ən çox tarixi yerləri, qalaları, qəsrləri və əsasda din ocaqlarını görməyi çox sevir. Məhz bu sevginin qurbanı olub ki, “Efes”i görməyə gedərkən “Məryəm ananın evi”nin yuxarıda olduğunu öyrənib və 40 dərəcə istidə ora piyada çıxıb.
Bu yay istirahətini məhz Alanyada seçməkdə isə məqsədi “Alanya kalesi”, “Damlataş” mağarası idi. Yəni getdiyi ölkəyə və ya şəhərə onu, orada olan bir abidə aparır. Məqsədi ölkə, şəhər sayı artırmaq yox, marağında olduğu yerlərin sayını artırmaqdır. Və siyahısı hələ çoxdur. Bu yaxınlarda isə “Saint Sophia”nı görmək düşüb könlünə. “Mən 2 şeyə pul xərcləməyi şəxsi yatırım kimi görürəm. Biri təhsilə, digəri səyahətə” – deyir Rahiyə Hüseynova.