Xəbərlər
Ramil Ziyadov dünya rekordu qırmaq üçün yeni səyahətə çıxıb
Azərbaycanın ilk velosəyyahı Ramil Ziyadov yeni dünya rekorduna imza atmağı hədəfləyir. Bunun üçün o uzunmüddətli səyahətə çıxıb.
Azərbaycanın ilk velosəyyahı Ramil Ziyadov yeni dünya rekorduna imza atmağı hədəfləyir.
Burdan Bura xəbər verir ki, o sosial şəbəkə hesablarında bu barədə paylaşım edərək yazıb: ” Hisslərimi sözlə izah edə bilmirəm, hal-hazırda 3500 m yüksəklikdəyəm, dağ keçidindən keçmək üzrəyəm, burada olmağımın səbəbi həyatımı yaşamaq və dünya rekordu qırmaqdır. Millətim adına məqsədim 7134 metr yüksəkliyə qalxmaqdır. Bu yolda olmağım üçün çox şanslı bir insanam, macəra davam edir”.