Xəbərlər

Ramil Ziyadov velosipedlə zirvə çıxışını sonlandırıb

Burdan Bura xəbər verir ki, o son olaraq 6400 metr yüksəklikdə dayanıb. Hava şəraitinin pis olması onu bu qərarı verməyə məcbur edib.

Ramil Ziyadov velosipedlə Lenin zirvəsinə çıxışını sonlandırıb.

Burdan Bura xəbər verir ki, o son olaraq 6400 metr yüksəklikdə dayanıb. Hava şəraitinin pis olması onu bu qərarı verməyə məcbur edib. Yükləri ilə birlikdə təkbaşına qalxan velosəyyah bunun çox təhlükəli olduğunu bildirib. Onun dediyinə görə Sovet ölkələrində və ümumiyyətlə dünyada bu rekordu heç kim qırmayıb.

Dünyanı velosipedlə gəzən Ramil Ziyadov 6400 metr yüksəliyə qalxdığına Azərbaycan adına qürur duyduğunu bildirib. Həmçinin o, bu çıxışını Vətən müharibəsində canlarından keçən şəhidlərimizə həsr etdiyini bildirib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version