Səyahətçilər
Ramil Ziyadov
İlk azərbaycanlı velosəyyah
Ramil Ziyadov
Doğum tarixi: 15 fevral, 1978
Instagram: @ramilziyadov
Facebook: Ramil Ziyadov
Dünyanın o başını velosipedi ilə “Burdan Bura” edən Ramil Ziyadov. Azərbaycanlı velosəyyah 1978-ci il fevralın 15-də Bərdə rayonunda anadan olub.
Həyatı
Yaşadığı rayonda təsərrüfatla məşğul olan Ziyadov 2014-cü ildə bütün var-dövlətini – evini, torpaq sahəsini sataraq velosiped və səyahət üçün vacib olan əşyalar alıb. 10 yanvar 2014-cü ildə “Azərbaycan naminə” devizi altında 10 yaşından bəri arzuladığı dünya turunu gerçəkləşdirmək məqsədilə səyahətə çıxıb.
Səyahət
Ramil Ziyadov velosipedlə ilk xarici səfərinə 10 aprel 2013-cü ildə doğma Bərdədən yola düşərək başlayıb. O, buradan velosipedlə Çinə qədər gedib çıxıb. Velosipedçi səyahət zamanı təqribən 15.000 kilometr məsafə qət edib. O, Dağıstan, Kalmıkiya və Həştərxan ərazilərindən keçərək, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda olmuş, Rusiyaya dönərək, Zabaykalye və Sibir tayqasından keçib getmiş, hündürlüyü 900 metrdən 2500 metrədək olan dağları aşıb. Velosəyyahın marşrutunda sonuncu məntəqə Pekin şəhəri olub. R.Ziyadov bildirib ki, veloyürüş zamanı Böyük Çin səddində olub, burada Azərbaycanın və Türkiyənin bayraqlarını dalğalandırıb, sonra Sarı dənizin sahillərinə qədər gedib Pekinə çatıb.
Asiya və Avropanı qət etdikdən sonra Cənubi Amerikada turunu davam etdirib. Bu müddətdə o, Gürcüstan, Rusiya, Yunanıstan, Misir, Türkiyə də daxil olmaqla bir neçə ölkədən keçərək 45 min kilometr məsafə qət edib. Ramil Ziyadov velosipedlə Cənubi Amerikaya çatan ilk azərbaycanlı olub. O, burada Kolumbiya və Ekvadordan keçərək, Peruya gəlib, And dağları boyunca səyahətini davam etdirib. O, 5059 metr hündürlüyü olan Uayrakkasa, eləcə də Çonta və digər zirvələri fəth edib. Ramil Ziyadov postsovet ölkələrindən bu zirvələrə velosipedlə çıxan yeganə velosipedçidir.
Velosipedinə canlı varlıq kimi yanaşan səyahətçi ona “səhra küləyi” adını verib.