Səyahətçilər

Röya & Rizvan

Gəzən musiqi

Röya & Rizvan

Sosial şəbəkə hesabları:
Instagram: @roya_rizvan
Facebook: Röya & Rizvan

Səyahət elə bir şeydir ki, orada sevgi olan hər bir mövzuya toxunmaq olar. Yanında musiqi alətini gəzdirib müxtəlif şəhərlərdə ifa edərək səyahət edən kim, velosipedi ilə uzun yollara çıxan kim. Bugün sizi gəzən musiqiçi cütlük ilə tanış edəcəyik.

Səyahət

Röya və Rizvan 2018-ci ilin mart ayından etibarən dünyanı gəzməyə başlayıblar. Getdikləri hər ölkənin (şəhərin) simvolik məkanlarının qarşısında əvəz olunmaz xalq və bəstəkar mahnılarından ibarət videoroliklər çəkirlər. Cütlük bugünə kimi 28 ölkə və 52 şəhər gəzib.

Eyni zamanda Instagram & Facebook səhifələrində və YouTube kanallarında yaxın keçmişin ən sevilən mahnılarından ibarət çəkdikləri videoroliklərini də görə bilərsiniz.

Yalnız mahnılarla kifayətlənməyib, getdikləri ölkələrdən məlumat və öz təəssüratlarını bölüşdükləri vloqlarını da izləyə bilərsiniz.

Təxmini 1 ildir ki, ölkədən uzaqdadırlar və səhnə almır, canlı ifalar etmirdilər. Amma yeni ifalar üzərində çalışırlar və artıq bizi, səyahətsevərlərlə musiqisevərləri sevindirməyə başlayırlar.

İfa etdikləri mahnıları digital platformalardan 7/24 fasiləsiz dinləyə bilərsiniz.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version