Səyahətçilər

Röyal & Ayşən

Ayaq hara baş ora

Röyal & Ayşən

Sosial şəbəkə hesabları:
Instagram: @ra_travellers

Artıq 4 ildir ki, Röyal və Ayşən birlikdə gəzir. Ayşən deyir ki, Röyal ilə evlənəndə dostları həmişə zarafatlaşırdı ki, indi gəl 60 ölkəni yenidən gəz. Əslində hər zaman pis olurdu ki, Röyal gəzib bir də onunla gəzəcək. Düşünürdü sıxılacaq. Amma tam əksi oldu. Birlikdə, cütlük olaraq gəzməyin başqa yeri var. Atalar yaxşı söz deyib, ‘’Adam dostunu yolda tanıyar’’. Ayşən isə deyir ki, ‘’Adam həyat yoldaşını da yolda tanıyar’’.

Təəssüf ki, Azərbaycanda cavan cütlüklərin evlənməmişdən öncə səyahətə çıxma, bir yerdə yaşamağa şansları olmur. Ona görə bir-birilərini tanıya bilmirlər. Röyal ilə Ayşən də elə o qurbanlardandır. Amma onlar nə etdi? Toyun sabahısı günü bilet alıb uçdular Budapeştə. O uçmaqla da dünyanı “Burdan Bura” etdilər. Və beləcə səyahət dolu həyatları başladı. Röyal artıq 60+ ölkə gəzib, Ayşən isə 30+. Hər səyahət bir başlanğıcdır, hər səyahət bir xatirədir.

Onlara ən çox verilən suallardan biri budur ki, “Hardan alırsınız bu qədər pulu, bu qədər gəzə bilirsiniz?” Həmişə cavabları isə bu olur. “Bizim bir yerdə oturmağımız səyahət etməyimizdən daha baha başa gəlir. Ona görə də dayanmadan gəzirik”. Həqiqətən səyahət etmək baha deyil, sadəcə yolunu bilmək lazımdır. Çalışdıqları qədər getdikləri yerlərdən @ra_travelers bloqlarında məlumatlar paylaşıb, insanlara ucuz səyahət etməyin yollarını öyrədirlər. Onlar üçün səyahət, 5 ulduzlu hoteldə qalmaq deyil. Bəzən çadırda qalırlar, bəzən maşında, bəzən heç yatmırlar. Amma hər zaman gəzməyə enerjiləri var.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version