Xəbərlər

Rusiyalı alpinistlər kommunal dağını fəth edib

Dağ varsa, onu fəth etmək istəyənlər də olacaq. Rusiyalı alpinistlər çirkab sudan yaranmış kommunal zirvəsini fəth edib.

Kuybışevski vilayətində kommunal xəttə baş vermiş qəza alpinistlərə və ekstremal idman həvəskarlarına Samaradan çıxmadan dağ fəth etmək üçün unikal imkan yaradıb. Çirkab suların səthə sızması nəticəsində nəhəng buz bloku əmələ gəlib. Yerlilərin “Kommunal dağı” adlandırdığı buzlaq partlayan borunun sayəsində yaranıb.

Beşmərtəbəli bina boyda olan nəhəng buz şəhər əhalisinin diqqətini cəlb edib və onun fotoları internetdə yayılıb.

Dırmanmada iştirak edənlərdən biri Andrey Alexin buz dağının video və fotolarını paylaşıb. O bildirib ki, dırmaşmaq “çay içməklə bərabər bir saat çəkib”.

Foto: Andrey Alexin

Avadanlıqsız dağa çıxmaq təhlükəlidir

Dağ varsa, onu fəth etmək istəyənlər də olacaq. Ekstremal idmançılar çirkab sudan yaranmış kommunal zirvəsini fəth edib.

Bu da maraqlıdır: Rusiyalı alpinist Everestdə Ukrayna bayrağını açıb

Kommunal zirvəsinə qalxanlardan biri Andrey Alexin deyir:

– Biz üç nəfər idik: biri dırmaşır, ikincisi bağlayır, üçüncüsü şəkil çəkirdi. Mən bütün ömrüm boyu dırmanma ilə məşğul olmuşam, indi sənaye alpinisti işləyirəm.

Onlar vaxtlarını əyləncəli keçirməyə qərar veriblər, lakin məsələyə ciddi yanaşıblar. Hər halda – buzlaq kiçik deyil.

– Bu dağ haqqında öyrəndikdən sonra düşündük ki, niyə də dırmaşmayaq? Bütün avadanlıqlarımız var idi. Buna görə də hazırlıqla bağlı heç bir problem olmadı. Biz sığortalandıq və qarmaqları buzlağa vurduq. Dağın özü 5 mərtəbəli bina boydadır. Deyəsən, “fəvvarə” partlayanda ağacların başına qədər fontan vurub. Kramponlar və buz baltaları olmadan dırmaşmaq mümkün deyildi, – deyə Andrey bildirib.

Foto: Andrey Alexin

Mənbə: samara.kp.ru

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version