Xəbərlər
Rusiyanın İrAero aviaşirkəti Gəncə-Naxçıvan-Gəncə reysini açır
Rusiyanın İrAero aviaşirkəti 16 sentyabrdan etibarən Gəncə-Naxçıvan-Gəncə reysini açacaq.
Rusiyanın İrAero aviaşirkəti 16 sentyabrdan etibarən Gəncə-Naxçıvan-Gəncə reysini açacaq. Uçuşlar çümə axşamı olmaqla həftədə bir dəfə icra olunacaq. Hər şey daxil qiymət bir tərəfə 29 avrodan başlayır. Təyyarə Gəncədən Naxçıvana və əksinə Ermənistan üzərindən keçəcək və beləliklə uçuş müddəti cəmi 35-40 dəqiqə olacaq. İrAero bu uçuşda Rusiya istehsalı Sukhoi Superjet 100 təyyarəsini istifadə edəcək.
Qeyd edək ki, bu Azərbaycan tarixində bir ilkdir ki, xarici aviaşirkət ölkədaxili reys edir. THY də Gəncədən Naxçıvana və əksinə uçur, amma bu uçuşlar İstanbul reysinə sərnişin götürmək üçündür, yəni tək Gəncədən Naxçıvana bilet almaq mümkün deyil.
Mənbə: Azər İsmayıl