Xəbərlər

Rustam Nabiev əlləri ilə 8000-lik zirvəni fəth etdi

Son günlər Manaslu zirvəsində ilklər sıralanmaqdadır. Daha bir möhtəşəm xəbər isə əslən tatar olan rusiyalı alpinist Rustam Nabiev-dən gəldi.

Son günlər Manaslu zirvəsində ilklər sıralanmaqdadır. Daha bir möhtəşəm xəbər isə əslən tatar olan rusiyalı alpinist Rustam Nabiev-dən gəldi. Hər iki ayağını itirən Rustam dünyanın ən yüksək 8-ci zirvəsini, 8163 metr yüksəkliyi olan Manaslu zirvəsini uğurla fəth etdi. Rustam Nabiev alpinizm tarixində yeni bir səhifə yazdı, əlləri ilə səkkiz minlik zirvəyə qalxmağı bacaran ilk insan oldu. Bununla o dünyada heç bir şeyin mümkünsüz olmadığını bir daha sübut etdi.

Onun Himalay dağlarına qalxmağı 26 sentyabr başladı və bir neçə gün davam etdi.
Qeyd edək ki, o keçən il əlləri ilə Elbrus zirvəsinə qalxmışdı.

Rustam Nabiev hava desant qoşunlarında xidmət edib. OMSK-da kazarmanın çökməsi nəticəsində möcüzəli şəkildə sağ qalmış və ayaqlarını itirmişdir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version