Xəbərlər
Şaxta Baba nəvələri ilə görüş üçün Talış dağlarına gedib
Şaxta baba bu il qarlı dağları aşdı, duman, palçıq demədən balaca dostlarını sevindirmək üçün ucqar kəndlərə üz tutdu.
1 ildir ki, xəstəliklərlə mübarizə aparan Şaxta baba bu il qarlı dağları aşdı, duman, palçıq demədən balaca dostlarını sevindirmək üçün ucqar kəndlərə üz tutdu.
Camping Azerbaijan və Kəndabadın təşkilatçısı olduğu “Şaxta Baba Ucqar Kəndlərdə” layihəsinin məqsədi kənd uşaqlarının nağıl dünyalarına rəng qatmaq, Talış dağlarının təbiət, ekoturizm potensialını tanıtmaqdır.
Komanda 24 Dekabr – 1 Yanvar tarixlərində Astara rayonunun 10-a yaxın ucqar kəndlərinə 4 nəfərlik heyətlə 60 km-ə yaxın yürüş edərək balacalara sevimli hədiyyələrini çatdıracaqlar.
Komandaya dəstək olmaq üçün səhifəyə keçib ətraflı məlumat əldə edə bilərsiniz.
Foto: @qrizbeledci