Xəbərlər
Şəkidə dağ bələdçiləri üçün təlim düşərgəsi keçiriləcək
Bələdçilərlə görüş keçirildi. Onların fikirləri dinlənildi və sualları cavablandırıldı. Layihə rəhbərləri düşərgə haqqında məlumatlar verdi.
Dövlət Turizm Agentliyinin 2022-ci ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan 9 layihədən biri “təbiət bələdçiləri” ilə bağlıdır. Layihə çərçivəsində 3 gecə 4 gün olmaqla təlim düşərgəsi təşkil olunacaq.
Martın 6-da bələdçilərlə ümumi görüş keçirildi. Onların fikirləri dinlənildi və sualları cavablandırıldı. Layihə rəhbərləri çıxış edərək düşərgə haqqında məlumatlar verdi.
Layihə Şəkidə, yaşayış ərazisindən 6 km aralı xüsusi ərazidə keçiriləcək. Bütün nəqliyyat, qalmaq və yemək layihə tərəfindən maliyyələşdirilir.
4 gün ərzində aşağıdakı mövzularda peşəkarlar tərəfindən təlimlər keçiriləcək:
– Təbiətdə ilk yardım- Təməl dağçılıq və təbiət bələdçiliyində təhlükəsizlik
– Səmti müəyyənetmə
– Azərbaycan florası və göbələk növləri
– Zəhərli həşəratlar və ilanlar
– Quş müşahidəsi turizmi
Layihəni uğurla bitirənlərə Ekologiya Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Alpinizm Federasiyasının təsdiqlədiyi sertifikatlar təqdim olunacaq.
Layihə 20 nəfərlik 2 qrup halında keçiriləcək. Planlaşdırılan tarixlər:
1-ci qrup üçün – 18-21 May
2-ci qrup üçün – 8-11 iyun
Əlövsət
22.05.2023 at 10:59
Salam
Qatılmaq istəyirəm