Xəbərlər

Şəkidə dağ gəzinti marşrutu işarələnib

Şəkidə ümumi uzunluğu 4,2 km olan dağ gəzinti cığırını işarələnib.

Müşfiq Səmədli Şəki sakinlərinin və şəhərin qonaqlarının təbiətdə hərəkətini və istirahətini asanlaşdırmaq məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun şimal-qərb regionunda yerli nümayəndəsi olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılıgı ilə Şəkidə ümumi uzunluğu 4,2 km olan dağ gəzinti cığırını işarələyib. O Şəkidə bu proyektin həyata keçirilməsində əməyi keçən hər kəsə Şəki əhalisi adından təşəkkür etdiyini bildirib.

“AzərTac”-ın bölgə müxbirinə Şəki Regional Turizm İnformasiya Mərkəzinin direktoru Səbinə Yadullayeva məlumat verib.

Qurum rəsmisi bildirib ki, marşrutun başlanğıcı olaraq “Yuxarı Karvansaray” kompleksinin qarşısında yerləşən köhnə tağlı körpü müəyyənləşdirilib, son nöqtə isə “Güllütəpə” adlanan təpəlik ərazidir. Bu istiqamət, eyni zamanda, tarixi karvan və su yolu olduğundan, sakinlər tərəfindən tanınan yoldur. Başlanğıcdan son nöqtəyə kimi uzunluğu 4 kilometr olan bu marşrutun qət olunma müddəti 2 saat 40 dəqiqədir və asan piyada yürüş kateqoriyasına aiddir. Sonuncu təpəyə aparan marşrutu yarıda qoyub bir neçə yerdən şəhərə çıxış mümkündür.

Səbinə Yadullayevanın sözlərinə görə, Azərbaycan Turizm Bürosu ilə xüsusi standartlar əsasında hazırlanmış işarələr istiqaməti, zibil toplama, istirahət və su məntəqələrini göstərən yönləndirici və xəbərdaredici nişanlardan ibarətdir. Bundan əlavə, yolu izləmək üçün mümkün yerlərdə daşlar və ağaclar rənglərlə işarələnib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version