Xəbərlər
ŞƏT-ə üzv dövlətlər 2023-cü ili turizm ili elan etdilər
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr 2023-cü ili “Turizm ili” elan ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr 2023-cü ili “Turizm ili” elan ediblər.
Bu barədə təşkilatın Səmərqənddə keçirilən sammitinin yekunlarına dair bəyanatda deyilir.
“ŞƏT məkanında turizm sənayesini dəstəkləmək və şəhər və rayonların turistik cəlbediciliyini artırmaq məqsədilə üzv dövlətlər 2023-cü ilin ŞƏT-in “Turizm ili” elan edilməsi barədə razılığa gəliblər”, – sənəddə bildirilir.
Həmçinin Hindistanın Varanasi şəhəri 2022-2023-cü illər üçün təşkilatın “Turizm və mədəniyyət paytaxtı” elan edilib.