Xəbərlər

Səyahətçi və iş adamı Fərid Novruzi Şuşa şəhərində olub

Sayahətçi və iş adamı Fərid Novruzi sosial media hesablarında gözəl Şuşamızın maraqlı şəkillərini paylaşıb.

O sosial media hesablarında gözəl Şuşamızın maraqlı şəkillərini çəkərək qeyd edib: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! İlham Əliyev

Bəlkə də sizə qəribə gələr, lakin Şuşanın havasının sanki dadı var, bəli, bəli dadı, yanlış anlamadınız və əminliklə deyə bilərəm ki, o ləzzətli dad bu dünyanın heç bir yerində yoxdur.

Bu şərəfli günləri bizlərə yaşadan və canlarını bunun üçün fəda edən şəhidlərimizə Allah’dan rəhmət diləyirəm, bu röya kimi günlərə sağlamlıqlarından keçərək bizləri çatdıran qazilərimizə isə Allah’dan şəfa diləyirəm. Vətən müharibəsinin hər bir iştirakçısından Allah razı olsun. Allah böyükdür, bu günləri ölmədən gördük”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version