Xəbərlər
Soçidə açıq səma altında arxeoloji park yaradılacaq
Çərşənbə günü şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Soçinin mərkəzi küçələrində arxeoloji parkın yaradılması ideyası yaxın gələcəkdə həyata keçirilə bilər.
Çərşənbə günü şəhər administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Soçinin mərkəzi küçələrində arxeoloji parkın yaradılması ideyası yaxın gələcəkdə həyata keçirilə bilər.
Parkın yaradılması məsələsi hakimiyyət orqanları tərəfindən şəhərsalma şurasının “Rusiya Coğrafiya Cəmiyyəti” Ümumrusiya ictimai təşkilatının yerli bölməsi ilə keçirilən iclasında müzakirə edilib.
“Soçi şəhərinin tarixi bu yerdən başlayır. Rusiya Memarlar İttifaqının Soçi bölməsi ilə birlikdə biz bu ərazinin abadlaşdırılması üçün ən yaxşı layihə müsabiqəsi hazırlayırıq və onu yaxın vaxtlarda elan etməyi planlaşdırırıq” – Soçi administrasiyasının memarlıq və şəhərsalma departamentinin direktoru Semyon Vyalkin deyib.
Parkın, Kooperativ, Voykov, Moskvin və Orconikidze küçələrində yaradılması imkanları nəzərdən keçirilir. Hakimiyyət orqanlarının məlumatına görə, məhz bu ərazilərdə İsgəndəriyyə qalasının qala divarı, tacir Politidinin evi, Soçi mayakı, Voronov bağı, Arxangel Mixael Katedralı kimi tarixi mədəniyyət abidələri qorunub saxlanılıb.