Xəbərlər
Şuşa şəhərində yerləşən “Vaqif türbəsi”nin rekonstruksiyasına başlanılıb
Mədəniyyətimizin beşiyi Şuşa şəhərində yerləşən “Vaqif türbəsi”nin rekonstruksiyasına başlanılıb.
Mədəniyyətimizin beşiyi və tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevriləcək Şuşa şəhərində yerləşən “Vaqif türbəsi”nin rekonstruksiyasına başlanılıb. Türbənin yeni dizaynda deyil, məhz əvvəlki formada yenidən qurulacağı bildirilir.
Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar,memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilmişdir.
Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.